Bakının əsas kanalizasiya xətlərindən birinin Keşlə qəsbəsindən keçən hissəsində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına başlanıb. Artiq çirkab sular axıdılıb, çirkab suların basdığı sahələrin təmizlənməsinə başlanıb və əsas xətdə təmir işləri görülür. Bu barədə Turana Bakı Kanalizasiya Xidməti İdarəsinin rəisi Köçərli Həsənov bildirib.
Onun sözlərinə görə, xətdə qəza iyulun 23-də baş verib. "Qəzanın baş verdiyi sahə yerin 8 metr dərinliyindədir. Hazırda qəzanın aradan qaldırılması üçün çoxsaylı texnika və işçilər cəlb edilib", - deyə o qeyd edib. Turanın xüsusi müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, qəzaya kollektorun üzərində qanunsuz inşa edilmiş tikinti səbəb olub. Belə ki, kollektorun üzərində avtomobillərin təmiri sexi fəaliyyət göstərirdi və sexin tikintilərinin ağırlığı kəmərin

AZN/USD
AZN/GBP


